...

Faiq Ağayev öz konsertini harada keçirəcək?

Cəmiyyət Materials 21 Avqust 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trendlife" müxbir E. Hüseynzadə/ Faiq Ağayev bütün pərəstişkarlarını dekabrın sonu yanvarın əvvəlləri bir neçə günlük konsert proqramı verməyi öyrəşdirib. Hətta onun bu vərdişi bəzi müğənnilərə də keçib. Məsələn, əgər Faiq beş gün konsert veribsə mən yeddi gün oxuyacam və.s. Bu il konsertin olub-olmaması sual altındadır. Axı Heydər Əliyev adına saray təmirə bağlanıb. Və onun açılacağı 2008-ci ilin payız aylarına təsadüf edəcək. Bu barədə "TrendLife" müğənnin mətbuat katibi Fuad Həsənova müraciət etdi. "Hələ ki, konsertin harada keçəcəyini dəqiq bilmirik. Bu sual bizi narahat edir. Axı saray bağlıdır. Bəziləri soruşur ki, Faiq opera və balet teatrında konsert verəcək? Əgər orada olsa konsert günlərinin sayı artacaq. Amma inanıram ki, ümumi bir fikrə gələcəyik".

Xəbər lenti

Xəbər lenti