...

Azərbaycanın orta ixtisas və ali məktəblərində vakant yerlərə müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 22 Avqust 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin boş qalan plan yerlərinin, 11 illik təhsil bazasından orta ixtisas məktəblərinin, ali məktəblərin magistratura pilləsinin boş (vakant) yerlərinin müsabiqəsinin nəticələrini bu gün saat 18:00-da TQDK-nın www.tqdk.gov.az internet saytında yerləşdirib.

Avqustun 10-20-də TQDK İnternet vasitəsilə 11 illik təhsil bazasından orta ixtisas məktəblərinin, ali məktəblərin, həmçinin magistratura pilləsinin boş yerlərinə elektron ərizə qəbulunu həyata keçirib. TQDK-ya artıq 28761 elektron ərizə daxil olub ki, bunların da 27700-ü qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti