• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Cavanşir Quliyev : "Hər səhər vicdanını evdə qoysan, axşam çoxlu pulla qayıdarsan"

25 Avqust 2007 13:51 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 25 avqust / "TrendLife" , müxbir Günel Əhmədova/ Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla görüş ərəfəsində öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun yeni əsərini Santafe şəhərində keçirilən ənənəvi kamera festivalında səsləndirib. Bundan başqa, bəstəkar bir neçə balet üzərində də işləyir. Hər iki respublikanın musiqisini müqayisə edən bəstəkar "TrendLife"a bunları dedi:

- Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz arasında fərqli cəhətlər çoxdur. Əsrlər boyu hər ölkənin musiqisi öz kökü üstündə inkişaf edib. Türkiyə bir imperiya olub. Bu imperiyadan doğan tələblər əsasında musiqi formalaşmağa başlayıb. Azərbaycan uzun əsərlər dövlət ola bilmədiyi üçün musiqisi saray səviyyəsində inkişaf edib. Ölkələrin musiqisi arasında oxşar cəhətləri yalnız Şərq ənənələri birləşdirir. Mənim fikrimcə, Azərbaycan musiqisi qonşu İrana daha yaxındır, nəinki Türkiyəyə. Yalnız aşıq sənətindən danışarkən türk musiqisi ilə oxşar cəhətlərin olduğunu söyləmək olar. Bunun da kökləri ozan sənətinə gedib çıxır. Amma xalq musiqiləri, muğam anlayışı Türkiyədə yoxdur. Ara-bir ona bənzər musiqilər ifa etməyə çalışırlar. Ümumiyətlə, orada cəmiyyətin ehtiyacı başqa musiqiyə olub. Bu cür də inkişaf yolu keçib.

- Sənətçilərin bir-birinin bəhsinə aldığı fəxri adlara necə baxırsınız?

- Heç bir ölkədə havayı, qazanılmamış imtiyaz verilmir. Buna yalnız Azərbaycanda rast gəlmək mümkündür. Hamı imtiyazlı ola-ola adı ucuzlaşdırırlar.

- Buradan getməyinizə nə səbəb oldu?

- Mənəvi rahatlığa ehtiyacım var idi. Burada ikən yazı-pozu edə bilmirdim. Etiraf edim ki, maddiyat baxımından uduzdum. Amma getmək istədiyim üçün getdim. Digər sənət yoldaşlarımın da ölkədən uzaqlaşmasının bu və ya digər səbəbləri var. Məndən fərqli olaraq xaricə maddi dolanışığı göz önünə alıb gedənlər çoxdur. Fikrimcə, Azərbaycan kimi ölkəda pul qazanmaq çox asandır. Hər səhər bir az vicdanını evdə qoyub gedəndə, axşam çoxlu pulla qayıtmaq mümkün olur. Əyriliklə, rüşvətlə, yalanla Azərbaycanda nə qədər adam pul qazanır? Hər bir ölkədə rüşvət halları mövcuddur, amma buradakı kimi deyil.

- Mənəvi rahatlığı Kiprdə tapa bilmisiniz?

- Bəli, tapdım. İşim öz axarı ilə gedir. Mənəvi həyatım sağlamdır. Əsəb və gərginliyimi də burada qoyub getmişəm. Ömür boyu arzuladığım şəraiti orada tapa bilmişəm. Səhər işə gedir, axşam da həmin əhval-ruhiyyə ilə evə qayıdıram. Heç kim mənə dəyib-dolaşmır.

- Deyirlər, sənətkar əziyyət çəkəndə daha yaxşı əsərlər yaradır.

- Göstərin mənə kim əziyyətlə yaxşı əsərlər yazıb. Məsələn, Çingiz Ələkbərzadə həbs olunmasaydı, "Zindan" kimi böyük əsər yaranmazdı. Həmin əsərlə tanışlığım yoxdur. Ümumiyyətlə isə deyim ki, maddi həyat hamıya gərəkdir. Bu həyat zəif olsun və yaxşı əsərlər yazasan, cəmiyyətin vəziyyətini düzəltməyəndə belə bəhanələr yaranır - yəni, sizi sıxmasaq, siz işləməzsiniz. Yaxşı sənətkar isə əsəri maddiyata görə yazmamalıdır. Fikrimcə, bədii əsərin maddiyatla heç bir bağlılığı yoxdur. Onun öz qanunları var. Abbas Tufarqanlıdan soruşurlar "niyə şeir yazırsan?" Deyir, "çünki yazmaya bilmərəm". Əsl sənətkar içindəkini çıxartmaya bilmir. Gəldi, onu ruhundan təcrid etməlisən. Ana olmağa hazırlaşan qadına heç bir qadağa qoya bilməzsən. O ya ölməlidir, ya da övladını dünyaya gətirməlidir.

- Sonuncu baletinizin Türkiyədə səhnələşdiriləcəyi deyilir.

- Bu, türkiyəli prodüserlərdən birinin sifarişi ilə yazılır. Ona görə də əsərin təqdimatı burada deyil, sifarişçinin istəyi ilə öz məmləkətində keçiriləcək. Ümumiyyətlə, əsərin təqdimatına məhdudiyyət qoyulmayıb.

- Burada necə, sifariş almısınız?

- Buradakı sifarişçilər nəyi sifariş verməlidirlər, bilmirlər.

- Məmurların musiqi yaradıcılığına necə baxırsınız?

- Hər bir insan maddi yaradıcılıqda sərbəstdir. Amma bu o demək deyil ki, hər bir adamın yazdığı ifa olunmalıdır. Vaxtilə bölgələrdə özfəaliyyət dərnəkləri mövcud idi. Həvəskarlar arzuladığı mahnını, əsəri orada ifa edir, sabah da yuxudan durub zavoda, işinin dalınca gedirdi. Bu ənənə artıq qüvvədən düşüb. İndi bunları daha çox telekanallar əvəz edir. İnsanlar musiqi tələbətlarını orada ödəyirlər.

- Həmkarınız Faiq Sücəddinovun Yaşıl Teatra baş rejissor vəzifəsinə təyin olunması musiqiçilər arasında çaşqınlıq yartmışdı. Gövhər Həsənzadə isə Şəhriyar adına Mədəniyyət Mərkəzi ilə paralel olaraq Yaşıl Teatra rəhbərlik edir. Hər iki təyinata necə baxırsınız?

- Məmurdan bəstəkar olanda, bəstəkardan niyə rejissor olmasın. Azərbaycanda hər şey mümkündür. Sabah məni ölkənin baş cərrahı təyin etsələr, təəccüb etməyin. Başımı aşağı salıb, işimi görəcəm. Onların taleyi haqqında əvvəlcədən deyil, vəzifəmi icra edərkən düşünməyə başlayacam. Bunu təbii ki, məcazi mənada deyirəm.

- Ölkədə həvəskar musiqiçi ordusunun yaranması sizi narahat edir?

- Bunun günahını ilk öncə ölkənin bəzi mətbuat vasitələrndə və televiziyasında aparılan təbliğatla əlaqələndirmək istəyərdim. Həmin insanlara mən nə meqa-star deyirəm, nə də ulduz. Müğənni təkidlə onu ulduz adlandırmağı tələb edə bilər, tele-aparıcılar buna göz yumurlarsa, günah elə onların özlərindədir. Ümumi təqdimat qaydaları var. Müğənninin bir dəfə, iki dəfə tələbinə əhəmiyyət verməsən, vərdişindən əl çəkəcək. Amma baxıram ki, günü-gündən cəmiyyətdə ucuzlaşma gedir. Heç kimin dəftərini oxuyan yoxdur. Dəfələrlə müxtəlif mövzular haqqında çox danışmışam. Heç deyən yoxdur ki, niyə belə edirsən? Çünki ictimai rəylə heç kim hesablaşmır. Ona görə ki, musiqi aləmində ictimai rəy yoxdur. Televiziya öz havasını çalır, tənqidlə razılaşmaq istəmir. Başqa sahələrdə də eyni ilə belədir. Necə ki ki, hər gün şəhərin tıxaclarından, zəhərli havasından, zibilliklərindən canımızı qurtara bilmirik, bu sahədə də vəziyyət elə belə olacaq. Bunlar həyatımızın bir hissəsini təşkil etməkdə davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
3 qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)
Cəmiyyət 18:49
Sumqayıtda avtobus qəzasında yaralananlar arasında hamilə qadın da var
Cəmiyyət 18:40
ADU ilə Türk-Qazax Universiteti arasında əməkdaşlıq müzakirə edilib (FOTO)
Cəmiyyət 18:12
Rezidenturaya ərizə qəbulunun vaxtı uzadılıb
Cəmiyyət 17:51
Yeni Milli Meşə Proqramının ilkin layihəsi hazırlandı
Cəmiyyət 17:29
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə tanış olublar (FOTO)
Cəmiyyət 17:26
Xəbər lenti
Ekspert: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
İqtisadiyyat 19:16
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar" siyahısında birinci olub
İdman 19:06
Albaniya Prezidenti: TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb
Siyasət 18:54
3 qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)
Cəmiyyət 18:49
Sumqayıtda avtobus qəzasında yaralananlar arasında hamilə qadın da var
Cəmiyyət 18:40
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb (FOTO)
İqtisadiyyat 18:24
Qazaxıstanda hökumət istefaya getdi
Dünya xəbərləri 18:17
ADU ilə Türk-Qazax Universiteti arasında əməkdaşlıq müzakirə edilib (FOTO)
Cəmiyyət 18:12
Sumqayıtda marşrut avtobusu qəzaya uğradı - 31 sərnişin xəstəxanada
Gündəm 18:04
Ən çox oxunanlar
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Depressiya beyini 10 il tez qocaldır
Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Nəzər nöqtəsi
Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Bəhruz Quliyev: Radikal və dağıdıcı təfəkkürə malik müxalif liderlər üçün qanun hər zaman arxa planda olub.
Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir
Ekspert: Prezident İlham Əliyevin imzaladığı yeni fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri