...

Sabiq polis rəisinin şikayəti Avropa Məhkəməsində icraata götürülüb

Cəmiyyət Materials 30 Avqust 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin sabiq rəisinin şikayəti Avropa Məhkəməsində icraata götürülüb. Bu barədə cümə axşamı sabiq rəis Müşviq Mədətovun vəkili İsaxan Aşurov məlumat verib.

O, bilidrib ki, Mədətov Avropa İnsan Haqları Kovensiyasının 3, 5, 6, 7, 13 və 14-cü maddələrinin pozuntusu ilə bağlı Azərabycan dövlətini məhkəməyə verib.

Aşurovun sözlərinə görə, yaxın vaxtlarda bu şikayət üzrə Avropa Məhkəməsi Azərbaycan dövləti ilə yazışmaya başlayacaq.

Konvensiyanın 3-cü maddəsi işgəncələrin qadağan olunmasına, 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququna, 6-cı maddəsi ədalətli məhkəmə hüququna, 7-ci maddəsi qanunsuz cəzalandırılmamağa, 13-cü maddəsi səmərəli hüquqi müdafiə vasitələri hüququna, 14-cü maddəsi ayrı-seçkiliyin qadağan olunmasına aiddir.

Mədətov 2 dəfə məhkum olunub. Birinci dəfə 1998-ci ildə 12 il, ikinci dəfə 2005-ci ildə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. İkinci məhkumluğu Qobustan qapalı həbsxanasına qanunsuz olaraq qadın gətirmək və zorlama ilə bağlı olub. Ali Məhkəmə Mədətovun kassasiya şikayəti əsasında onun cəzasını 4 il azaldıb.

Mədətov hazırda vərəmli məhkumların müalicəsi üçün nəzərldə tutulan 3 saylı müəssisədə cəza çəkir. Vəkilin dediyinə görə, Mədətov vərəm xəstəsi olmadığı halda qanunsuz olaraq həmin müəssisəyə köçürülüb və ayrıca kamerada saxlanılır.

Mədətovun Avropa Məhkəməsinə şikayət ikinci hökmu ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti