...

FILA komissiyası Bakının dünya birinciliyini keçirmək hazırlığını yoxlayacaq

Cəmiyyət Materials 30 Avqust 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Beynəlxalq Güləş Federasiyasının (FİLA) komissiyası sentyabrın 17-də H.Əliyev adına İdman-Konsert kompleksində start götürəcək dünya çempionatı öncəsi Azərbaycan paytaxtına gəlib.

Məqsəd burada yarışın hazırlığının gedişatı ilə tanış olmaq, habelə azərbaycanlı həmkarları ilə görüşməkdir.

Qonaqlar yarışların arenasına baş çəkəcəklər, infrastrukturu qiymətləndirəcəklər və birinciliyin təşkili ilə bağlı bir sıra təkliflər verəcəklər. Sonradan bu təkliflər işçi qaydasında həll olunacaq.

Bu yaxınlarda Bakıya FİLA-nın baş katibi Mişel Dyusson Bakıda səfərdə olub. O burada Milli Federasiyanın, Gənclər və İdman Nazirliyi, habelə Milli Olimpiya Komitəsinin nümayəndələri ilə konstruktiv dialoq aparıb.

Xəbər lenti

Xəbər lenti