...

Sabiq səhiyyə nazirinin apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 31 Avqust 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynli /Anar Namazov sabiq səhiyyə naziri Əli İnsanovun bacısı oğlu olduğu üçün həbs olunub və onun həbsi siyasi xarakter daşıyır. Bu bəyanatla sabiq səhiyyə nazirinin və digərlərinin apellyasiya şikayəti üzrə cümə günü Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə keçirilən prossedə Namazovun vəkili Ağaveyis Şahverdi çıxış edib.

Vəkil bildirib ki, Namazovun özəlləşdirdiyi iki qeyri-yaşayış obyekti sərbəst şəkildə özəlləşdirməyə çıxarılan obyektlərdir. Bu obyektlər isə heç bir təzyiq göstərilmədən özəlləşdirilib. Ağaveyis Şahverdi hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlar üzrə birinci instansiya məhkəməsində keçirilən prosesdə bir nəfər belə şahidin dindirilmədiyini və həmin ittihamların təsdiqini tapmadığını deyib. Vəkil Namazova bəraət istəyib.

Namazov özünü ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilməyib

Təqsirləndirilən Eldar Rzayev ifadəsində apteklərə lisenziya verilərkən rüşvət aldığını etiraf edib və əməlindən peşiman olduğunu deyib.

Onun vəkili Rəşad Mirmehdizadə Rzayevin səminmi peşimançılığını, bir neçə xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq məhkəmədən onun cəzasının azaldılmasını xahiş edib.

Vəkil İsaxan Aşurov təqsirləndirilən Aleksandr Umyaşkinin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında dözülməz şəraitdə, təhlükəli cinayətkarlarla birgə saxlanıldığını, kamerasında temperaturun 40-41 dərəcə olduğunu bildirib və ona qarşı qeyri-insani münasibətə son qoyulmasını xahiş edib.

Vəkil həmçinin Umyaşkinə elan olunan ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini əsas gətirərək onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses saat 15.00-də digər təqsirləndirilənlərin və vəkillərin çıxışları ilə davam edəcək.

Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaqmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib

Xəbər lenti

Xəbər lenti