...

Azərbaycan- Yunanıstan oyununu FİFA-nın Polşadan olan hakimlər briqadası idarə edəcək

Cəmiyyət Materials 31 Avqust 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Sentyabrın 8-də gənclər arasında futbol üzrə Avropa birinciliyi çərçivəsində T.Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Yunanıstan oyununu FİFA-nın Polşadan olan hakimlər briqadası idarə edəcək.

AFFA-dan Trend ə verilən məlumata görə, görüşün baş hakimi Martin Borski olacaq. Ona yan xətt hakimləri Martin Şimanika və Marçina Borkovsko kömək edəcəklər. Texniki ərazidə nizam-intizama nəzarət və dəyişikliyi həyata keçirəcək matçın dördüncü hakimi Xubert Siyeviç olacaq. Bu arada oyunun inspektoru Türkiyə təmsilçisi Orxan Erdemir təyin edilib. Matçın komissarı Rumıniyadan olan İliye Piskani olacaq.

Azərbaycanın qrupdakı digər rəqibləri İtaliya, Xorvatiya, Albaniya və Farer adalarıdır.

Xəbər lenti

Xəbər lenti