...

Sərdar Cəlaloğlunun işi ilə bağlı Avropa Məhkəməsinin qərarı tam icra olunmayıb

Cəmiyyət Materials 3 Sentyabr 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Sərdar Cəlaloğlunun işi ilə bağlı Avropa Məhkəməsinin qərarının hüququn bərpası ilə bağlı hissəsinin icrası istiqamətində proses başa çatmayıb. Bu barədə Trend ə bazar ertəsi Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. Əsgərovun sözlərinə görə, hazırda Avropa Məhkəməsinin qərarı Ali Məhkəmədədir. Ali Məhkəmənin Plenumu Cəlaloğlunun şikyəti ilə bağlı müvafiq qərar qəbul etməlidir.

Bu il yanvarın 11-də Avropa Məhkəməsi Cəlaloğlunun şikayəti ilə bağlı qərar qəbul edib. Qərarda Avropa Konvensiyasının 3-cü maddəsində (işgəncələrin qadağan olunması) nəzərdə tutulan hüququn pozuntusu qeyd olunub və Azərbaycan dövləti tərəfindən bu hüququn pozuntusuna görə, Cəlaloğluna 10 min avro məbləğində təzminat ödənilməsi nəzərdə tutulub.

Daxili Qoşunların sabiq komandarı Fəhmin Hacıyevlə bağlı qərarın ikinci hissəsi də artıq icra olunub. Əsgərovun sözlərinə görə, Apellyasiya Məhkəməsi Hacıyevin şikayətinə baxaraq apellyasiya şikayəti vermə müddəti pozulduğundan işə yenidən baxılmasını mümkün saymayıb: "Hacıyev işinə yenidən baxılması ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edərkən onun müraciətinə məhkəmə məktubla cavab vermişdi. Hacıyev bununla bağlı Avropa Məhkəməsinə şikayət vermişdi. Avropa Məhkəməsinin qəraından sonra Apellyasiya Məhkəməsi qərar qəbul edib və onun pozulmuş hüququ bərpa olunub".

Avropa Məhkəməsi vurulmuş mənəvi ziyana görə Hacıyevə 3000, məhkəmə xərcləri və məsrəfləri üçün 2500 avro müəyyənləşdirib.

Əsgərovun sözlərinə görə, Nabat Ramazanovanın və digərlərinin işi ilə bağlı qərarın həm təzminat, həm də pozulmuş hüququn bərpası ilə bağlı hissələri tam icra olunub. Şikayətçilərin yaratdığı qeyri-hökumət təşkilatı qeydiyyata alınıb və vurulmuş ziyana görə 4 min avro məbləğində təzminat ödənilib.

Xəbər lenti

Xəbər lenti