Azərbaycan, Bakı, 4 sentyabr /müx. "TrendLife", müxbir E. Hüseynzadə/
Sabah "Şərq-Qərb" kinofestivalının "Yaşıl teatr"da saat 19:30-da açılışı mərasimi olacaq. Bu haqda TrendLife-a teatrın mətbuat xidmətindən xəbər verilib. Bakıya çoxlu sayda qonaqların gələcəyi gözlənilir. Hətta Sofi Morsonun gələcəyi də deyilirdi. Lakin bu xəbər təsdiqlənmədi. Bakıya Rusiyadan Aleksey Buldakov, Nina Usatova, rejissor Çuxray və s. tanınmışlar gələcək. Festivalda kinoprodüsserlərin, kinoşünasların da iştirakı gözlənilir.