Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/
Ukraynanın "Şaxtyor" futbol klubunun baş məşqçisi Mirça Luçesku Buxarestdə yol qəzasına düşüb.
Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisənin baş vermə səbəbləri hələ açıqlanmır, lakin məlumat verilib ki, yol qəzası nəticəsində baş məşqçi döş qəfəsindən xəsarət alıb, bir neçə qabırğası sınıb.
Luçesku xəstəxanaya yerləşdirilib. Baş məşqçinin vəziyyəti həkimlər tərəfindən stabil qiymətləndirilir.
Rumıniyalı məşqçi Mirça Luçesku 2004-cü ildən "Şaxtyor" klubuna rəhbərlik edir. 2008/2009 mövsümündə o, Ukraynanın ən yaxşı məşqçisi elan edilib.