...

Kəpəz PFK təlim məşq toplanışını Türkiyədə davam etdirəcək

İdman Materials 22 Yanvar 2012 15:28 (UTC +04:00)
Kəpəz PFK təlim məşq toplanışını Türkiyədə davam etdirəcək.
Kəpəz PFK təlim məşq toplanışını Türkiyədə davam etdirəcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yanvarın 11-dən intensiv məşqlərə start verən Kəpəz PFK təlim məşq toplanışını Türkiyədə davam etdirəcək. Bu barədə Trend-ə klubun mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə iki gündən sonra komanda tam heyətlə Antalyaya uçacaq. 10 gün davam edəcək təlim məşq toplanışı zamanı komanda 3 yoldaşlıq görüşü keçirməyi planlaşdırır.

Mətbuat xidmətindən həmçinin onu da bildiriblər ki, Belekde, Adora Golf Resort hotelində yerləşəcək komanda bu toplantı zamanı daha bir neçə futbolçunu baxışdan keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti