...

Fərid Mansurov: Olimpiya Oyunlarında bayraqdar məsələsində dəyişiklik olmalıdır

İdman Materials 27 Yanvar 2012 17:48 (UTC +04:00)
Azərbaycanın güləş üzrə olimpiya çempionu Fərid Mansurov hesab edir ki, Olimpiya Oyunlarında bayraqdar məsələsində dəyişiklik olmalıdır.
Fərid Mansurov: Olimpiya Oyunlarında bayraqdar məsələsində dəyişiklik olmalıdır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın güləş üzrə olimpiya çempionu Fərid Mansurov hesab edir ki, Olimpiya Oyunlarında bayraqdar məsələsində dəyişiklik olmalıdır.

Trend-in məlumatına görə, cümə günü Gənclər və İdman Nazirliyində Azərbaycanda 2012-ci ilin "İdman ili" elan olunması ilə bağlı keçirilən kollegiyada təkliflə çıxış edən Mansurov bildirib ki, Olimpiadanın açılış mərasimində iştirakçı ölkənin bayrağını yığmanın heyətinin hansısa üzvü deyil, artıq karyerasını bitirən olimpiya çempionlarından birinin aparması daha məqsədəuyğundur.

"2008-ci ildə Pekin Olimpiadasında ölkəmizin bayraqdarı mən idim və bir neçə saat davam edən paradın sonunda soyuqladım. Nəticədə həmin axşam hərarətim qalxdı. Bu, mənim həmin möhtəşəm yarışda uğursuz çıxışıma birbaşa mənfi təsir göstərdi. Ona görə də Londondakı yarışda hansısa idmançımızın yox, karyerasını artıq bitirmiş olimpiya çempionumuzun bayrağı daşımağını daha məqsədəuyğun sayıram", - o deyib.

Qeyd edək ki, karyerasını bitirəndən sonra Mansurov bir müddət yunan-Roma yığmamızın baş məşqçisi postunda çalışıb.

Xəbər lenti

Xəbər lenti