...

Azərbaycan milli komandası Hindistanla görüşəcək

İdman Materials 3 Fevral 2012 14:39 (UTC +04:00)
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib
Azərbaycan milli komandası Hindistanla görüşəcək

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir E.Mehdiyev/

Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

AFFA-nın mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, millimiz fevralın 27-də Dubay şəhərində Hindistan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz Dubay şəhərində fevralın 24-də Sinqapur, fevralın 29-da isə Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xəbər lenti

Xəbər lenti