...

AFFA-ya prezident seçkiləri keçiriləcək

İdman Materials 8 Fevral 2012 15:34 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyalar Assosiasiyasına (AFFA) mart ayında prezident seçkiləri keçiriləcək.
AFFA-ya prezident seçkiləri keçiriləcək

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyalar Assosiasiyasına (AFFA) mart ayında prezident seçkiləri keçiriləcək.

AFFA-nın mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, martın 9-da AFFA-nın hesabat-seçki konfransında quruma prezident seçkiləri baş tutacaq.

Hesabat-seçki lonfransının gündəliyinə, həmçinin, AFFA-nın hesabatı, maliyyə hesabatı, AFFA-nın ötən il üçün fəaliyyətinin qiymətləndirilməsi məsələləri daxil edilib.

2008-ci ildən AFFA-nın prezidenti Rövnəq Abdullayevdir.

Xəbər lenti

Xəbər lenti