...

Azərbaycan futbolçuları finala yüksəlib

İdman Materials 11 Fevral 2012 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-Prix "Winter OBSL 2012" beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Rusiyanın "Kristal" komandası ilə qarşılaşıb.

Trend-in şənbə günü AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerin yetirən millimiz 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Komandamızın heyətində həm oyun ərzində, həm də penalti seriyasında hərəyə 1 dəfə Comərd Baxşəliyev və Hikmət Bağırov fərqlənib.

Artıq millimizin finaldakı rəqibi də müəyyənləşib. Fevralın 12-də saat 14:00-da keçiriləcək final oyununda millimizin rəqibi Polşa yığması olacaq.

Futbolçularımız turnirdə daha əvvəl keçirdiyi oyunlarda Rusiya təmsilçisi olan "Podvodnik", ELMONT və SOVMORTRANS komandalarını, müvafiq olaraq, 4:1, 5:4 və 5:4 hesabı ilə məğlub etmişdi.

Turnirin final oyunu fevralın 12-də, saat 14:00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti