Azərbaycan, Bakı, 15 fevral /Trend/
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Trend-in məlumatına görə, ötən ayla müqayisədə 2 pillə irəliləyən Azərbaycan milli komandası 306 xalla 109-cu mövqedə qərarlaşıb.
Növbəti reytinq cədvəli martın 7-də açıqlanacaq.