...

Azərbaycan və Gürcüstanın futbol federasiyaları "Avro-2020"-nin keçirilməsi ilə bağlı ərizəni müzakirə edəcəklər

İdman Materials 8 Mart 2012 18:30 (UTC +04:00)
Gürcüstan və Azərbaycan nümayəndələri yaxın 2 həftədə Türkiyədə keçirələcək UEFA konqresində gələcək planları müzakirə edəcəklər.
Azərbaycan və Gürcüstanın futbol federasiyaları "Avro-2020"-nin keçirilməsi ilə bağlı ərizəni müzakirə edəcəklər

Gürcüstan, Tbilisi, 8 mart /Trend müxbir N.Kirtsxaliya/

Gürcüstan və Azərbaycan nümayəndələri yaxın 2 həftədə Türkiyədə keçirələcək UEFA konqresində gələcək planları müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi brifinqdə Gürcüstan futbol federasiyasının prezidenti Zviad Siçinava deyib.

Siçinava bildirib ki, bu görüşdə Avropa Çempionatının 2020-ci ildə Azərbaycan və Gürcüstanda keçirilməsi layihəsinin reallaşdırılması istiqamətində suallar öz konkret həllini tapacaq.

O qeyd edib ki, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının Gürcüstanda və Azərbaycanda keçirilməsi kifayət qədər realdır. Siçinavanın sözlərinə görə, 2014-cü ildə Avropa Çempionatının keçiriləcəyi şəhərlərlə bağlı hazır plan UEFA-ya təqdim edilməlidir.

Federasiya prezidentinin sözlərinə görə, Avropa Çempionatının Gürcüstanın beş şəhərində keçirilməsi nəzərdə tutulur. Onların üçü Tbilisi, Batumi və Kutaisidir, daha iki şəhərin adları isə gələcəkdə bəlli olacaq.

Siçinava həmçinin bildirib ki, UEFA tələblərinə uyğun olaraq, Avropa Çempionatının keçirilməsi üçün 12 stadion və 24 yaşayış bazasının tikilməsi gərəkdir.

2020-ci il Avropa Çempionatına sahiblik edəcək ölkəni UEFA 2014-cü ildə elan edəcək.

Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Bakıda Milli Məclisdə çıxış edərkən Gürcüstan və Azərbaycanın futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətini ilk dəfə açıqlayıb.

Xəbər lenti

Xəbər lenti