...

Braziliyanın futbol yığması Azərbaycana gəlir

İdman Materials 27 Mart 2012 12:00 (UTC +04:00)
Braziliya, Uruqvay və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət yığma komandası Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıblar.
Braziliyanın futbol yığması Azərbaycana gəlir

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir M.Əliyev/

Braziliya, Uruqvay və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət yığma komandası Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib.

Cənubi Amerika üzrə seçmə mərhələnin oyunları Boliviyada keçirilib.

Daha əvvəl Asiya qitəsindən Çin, Şimali Koreya və Yaponiya yığmaları da DÇ-2012-yə vəsiqə qazanmışdı. Azərbaycan yığması isə dünya çempionatında ev sahibi statusu ilə çıxış edəcək.

FİFA U-17 qadınlararası dünya çempionatı bu il Azərbaycanda sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti