...

Mourinyo "Real"ı "Mançester Siti"yə dəyişəcək

İdman Materials 30 Mart 2012 17:30 (UTC +04:00)
"Real"ın (Madrid) baş məşqçisi Joze Mourinyo əldə olunan nəticələrdən asılı olmayaraq, mövsümün sonunda klubu tərk edəcək.
Mourinyo "Real"ı "Mançester Siti"yə dəyişəcək

Azərbaycan, Bakı, 30 mart /Trend/

"Real"ın (Madrid) baş məşqçisi Joze Mourinyo əldə olunan nəticələrdən asılı olmayaraq, mövsümün sonunda klubu tərk edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü "ABC Radio" iddia edir.

İspaniya radiostansiyasının məlumatına əsasən, portuqaliyalı mütəxəssis bu barədə klub rəhbərliyinə hələ iki həftə əvvəl xəbər verib.

Çox güman ki, dəfələrlə İngiltərə çempionatında işləmək niyyətində olduğunu bəyan edən Mourinyo növbəti mövsümdə "Mançester Siti"yə rəhbərlik edəcək.

Madrid klubunun baş məşqçisi postuna əsas namizədlər isə Almaniya yığmasının hazırkı baş məçqşisi Yoahim Löv, "Liverpul" və "İnter"in keçmiş çalışdırıcısı Rafael Benites hesab edilir.

Xəbər lenti

Xəbər lenti