...

Gəncənin "Kəpəz" klubu "Rəvan"ı məğlub etdi

İdman Materials 2 Aprel 2012 18:04 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqasında XXVI tura yekun vurulub.
Gəncənin "Kəpəz" klubu "Rəvan"ı məğlub etdi

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bu gün Unibank Premyer Liqasında XXVI tura yekun vurulub.

Trend-in məlumatına görə, ikinci "altılığ" çərçivəsində keçirilən görüşdə Gəncənin "Kəpəz" klubu öz meydanında "Rəvan"ı qəbul edib.

Matçda yeganə qol gəncəlilərdən gəlib. 45-ci dəqiqədə Yuri Fomenko penaltidən yararlanıb.

"Kəpəz" bu görüşdə qələbə qazanmaqla "Rəvan" ilə xal fərqini 2-yə endirib.

Xəbər lenti

Xəbər lenti