...

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur keçiriləcək

İdman Materials 13 Aprel 2012 15:09 (UTC +04:00)
Mayın 9-13-də 23 yaşınadək velosipedçilər arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur keçiriləcək.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur keçiriləcək

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Mayın 9-13-də 23 yaşınadək velosipedçilər arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur keçiriləcək. Beş mərhələlik velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaq.

Trend-in məlumatına görə, yarışda iştirak etmək üçün təşkilatçılar hər biri 6 idmançıdan ibarət olan 20 komanda dəvət ediblər. Pelotonda 4 kontinental, 4 milli və 12 klub/qarışıq komanda mübarizə aparacaq.

Qarışıq peloton

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotura böyük maraq göstərilib və yarışda iştirakla bağlı təşkilatçılara çoxlu sayda ərizə daxil olub. Nəticədə təşkilatçılar tərəfindən yarışlarda iştirak etmək üçün 20 komanda seçilib. "Biz kontinental, milli və klub/qarışıq komandaları dəvət edərək yarış iştirakçılarına öz qabiliyyətlərini göstərmək üçün şərait yaratmaq istədik. Təsir bağışlayan yarışlar və qələbə uğrunda inadlı mübarizə gözləyirik", - təşkilatçılar adından Albrext Röder seçimlə bağlı söyləyib.

Yarış haqqında

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilib və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunur.

Kontinental komandalar

1. Specialized Concept Store (Almaniya)
2. Team Vorarlberg (Avstriya)
3. Jayco AIS (Avstraliya)
4. Velo Club Sovac (Əlcəzair)

Milli komandalar

5. Qazaxıstan
6. Moldova
7. Belarus
8. Iran

Klub komandaları/qarışıq komandalar

9. ISD Sport Club Ukraine (Ukrayna)
10. Sumqayıt (Azərbaycan)
11. ATA İdman Klubu (Azərbaycan)
12. Itera Katyusha U23 (Rusiya)
13. Samara (Rusiya)
14. Moskva (Rusiya)
15. RRS Riga (Latviya)
16. Gediminas Gruodis (Litva)
17. Rucanor-Line Cycling Team (Niderland)
18. Team Hoppla (Italiya)
19. Centre Mondial de Cyclisme (İsveçrə)
20. Ovyta-Eijssen-Acrog Cycling Team (Belçika)

Xəbər lenti

Xəbər lenti