...

Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparırlar

İdman Materials 20 Aprel 2012 11:27 (UTC +04:00)
Bu gündən Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürür.
Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparırlar

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Bu gündən Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürür.

Trend-in Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbek Alborov (96 kq) ilk lisenziya turnirinə yollanıb.

Dünən keçirilən püşkatma mərasimindən sonra onların ilk rəqibləri artıq məlumdur. 1/8 finalda 55 kq çəki dərəcəsində həmyerlimiz Mahmud Məhəmmədov belaruslu Uladzislau Andreyu ilə, 60 kq-da Toğrul Əsgərov belaruslu Aleksandr Kontoyevlə, 96 kq-da Aslanbek Alborov bolqarıstanlı Georgi Atanasov Sredkovla mübarizə aparacaq.

Lisenziya turnirində ilkin görüşlər Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti