...

"Neftçi" makedoniyalı futbolçu ilə müqaviləsini uzatdı

İdman Materials 7 May 2012 13:37 (UTC +04:00)
"Neftçi" Makedoniya milli komandasının üzvü İqor Mitreski ilə müqavilənin müddətini uzadıb. Trend-in xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb
"Neftçi" makedoniyalı futbolçu ilə müqaviləsini uzatdı

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Mehdiyev/

"Neftçi" Makedoniya milli komandasının üzvü İqor Mitreski ilə müqavilənin müddətini uzadıb. Trend-in xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Neftçi"də qalmaq istəyimi müsbət qarşıladığı üçün klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. "Neftçi" böyük tarixi və ənənələri olan bir klub və ən əsası bir ailədir. Bu klubun bir parçası olmaq, onunla uğurlar qazanmaq xoşdur. "Neftçi"də bu il ikinci çempionluğu yaşadım. Çalışacağıq ki, Çempionlar Liqasında da uğurla çıxış edib, bizə bəslənən ümidləri doğruldaq. İstəyim odur ki, futbolçu karyeramı Azərbaycanın ən böyük klubu olan "Neftçi"də bitirim" - deyə Mitreski bildirib.

Xəbər lenti

Xəbər lenti