...

Azərbaycanın boksçusu erməni rəqibini nokauta salıb

İdman Materials 13 May 2012 11:40 (UTC +04:00)
Almaniyada mayın 12-də Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov erməni idmançı Geqise Tolmaszyanla qarşılaşıb.
Azərbaycanın boksçusu erməni rəqibini nokauta salıb

Azərbaycan, Bakı, 13 may /Trend/

Almaniyada mayın 12-də Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov erməni idmançı Geqise Tolmaszyanla qarşılaşıb.

Trend-in məlumatına görə, boksçumuz 4-cü raundda rəqibini nokaut vəziyyətinə salaraq qələbə qazanıb.

Döyüş boksçumuz üçün çox ağır keçib. 2 raundda rəqib Məmmədovu nokdaun vəziyyətinə sala bilib. Amma idmançımız 4-cü raundda rəqibini nokaut vəziyyətinə salıb.

"Mən idmançı kimi yox, azərbaycanlı kimi bu qələbəni qazandım", - Fariz Məmmədov deyib.

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yeddi il həbsxana həyatı yaşadıqdan sonra yenidən peşəkar idmana qayıdıb. Bu günlərdə isə Məmmədov Almaniyanın boks şirkətlərinin biri ilə müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti