...

Azərbaycan millisinin heyətində dəyişikliklər olub

İdman Materials 18 May 2012 18:44 (UTC +04:00)
Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişikliklər olub.
Azərbaycan millisinin heyətində dəyişikliklər olub

Azərbaycan, Bakı, 18 may /Trend/

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişikliklər olub.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının mayın 24-dən 31-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına əsas heyət üzvü olaraq dəvət olunmuş qapıçılar toplanışda iştirak edəcəyi üçün ehtiyat qapıçı kimi çağırılmış Aqil Məmmədov baş məşqçinin göstərişi ilə hazırlıq prosesində iştirak etməyəcək.

Bundan əlavə, Murad Ağayev və Bədavi Hüseynov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirak edəcəyi üçün millinin heyətindən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti