...

Azərbaycan və Türkiyə futbol üzrə DÇ 2026-nın birgə keçirilməsi üçün sifariş ərizəsi verə bilər

İdman Materials 22 May 2012 16:25 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə 2026-cı il dünya çempionatının təşkili üçün Azərbaycan və Türkiyənin birgə sifariş ərzəsi verməsinin mümkünlüyünü bildirib.
Azərbaycan və Türkiyə futbol üzrə DÇ 2026-nın birgə keçirilməsi üçün sifariş ərizəsi verə bilər

Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə 2026-cı il dünya çempionatının təşkili üçün Azərbaycan və Türkiyənin birgə sifariş ərzəsi verməsinin mümkünlüyünü bildirib.

Rəhimov Trend-ə bildirib ki, bunun üçün iki dövlətin rəhbərlərinin razılığı olmalıdır.

"Təcrübə göstərir ki, iki ölkənin birgə layihələri artıq ənənə halını alır və bu, çox maraqlı olardı", - nazir əlavə edib.

Qeyd edək ki, Türkiyənin "Axşam" qəzetinin yaydığı məlumata görə, Rəhimov qəzetə verdiyi müsahibəsində də bildirib ki, Azərbaycan və Türkiyə futbol üzrə 2026-cı il dünya çempionatının təşkili üçün birgə sifariş ərzəsi verə bilər.

Xəbər lenti

Xəbər lenti