Azərbaycan, Bakı, 25 may /Trend/
Gürcüstan Azərbaycanın futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsi üzrə ərizəyə qoşulmasını alqışlayır. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Tbilisidə idman və gənclərlə iş üzrə nazir Lado Vardzelaşvili bildirib.
O qeyd edib ki, Gürcüstan və Azərbaycanın birlikdə 2020-ci ildə futbol üztə Avropa çempionatına ev sahibliyi etmək şansları böyükdür.
"Biz birlikdə futbol üzrə Avropa çempionatı kimi irimiqyaslı tədbir üçün zəruri olan bütün hazırlıq işlərinin öhdəsindən uğurla gələ bilərik", - nazir deyib.
Öz növbəsində, Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava məlumat verib ki, artıq gələn həftədən Gürcüstan-Azərbaycan işçi qrupu Avro-2020-yə ev sahibliyi üzrə birgə layihə üzərində işləməyə başlayacaqlar. Bu layihə iyunun 30-da Kiyevdə keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında təqdim ediləcək.