...

İrlandiya Avro-2012 çərçivəsində Xorvatiya millisinə məğlub olub

İdman Materials 11 İyun 2012 01:48 (UTC +04:00)
Bazar günü futbol üzrə Avropa çempionatı çərçivəsində C qrupunun ilk turu keçirilib.
İrlandiya Avro-2012 çərçivəsində Xorvatiya millisinə məğlub olub

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bazar günü futbol üzrə Avropa çempionatı çərçivəsində C qrupunun ilk turu keçirilib.

Günün son matçında Xorvatiya milli komandası İrlandiya yığmasını 3:1 hesabı ilə məğlub edib. Oyunun 3-cü dəqiqəsində Mandjukiç xorvatların ilk qolunu vurub. 19-cu dəqiqədə Şon Sent Lecer irlandların cavab qolunu vurub. Amma 43-cu dəqiqədə Yelaviçin və 49-cu dəqiqədə Mandjukiçin qolları xorvatlara inamlı qələbəni qazandırıb.

Günün ilk matçında İspaniya yığması İtaliya ilə 1-1 oynayıb.

Xəbər lenti

Xəbər lenti