Gürcüstan, Tbilisi, 11 iyun /Trend, müxbir N.Kirsxaliya/
İngiltərə Preymer Liqasında çıxış edən "Nyukasl Yunayted" bu dəfə də formalarını Acarıstanda sifariş verib. Bobokvatidə yerləşən "Acar tekstil" tikiş fabrikinə sifarişi Almaniyanın "Puma" firması verib.
Şirkət nümayəndələrinin Trend-ə verdiyi məlumata görə, müəssisə bundan başqa Almaniyanın "Borussiya" Dortmund klubu üçün formaların sifarişini alıb. Ümumilikdə, iki tanınmış klub üçün "Made in Georgia" etiketi ilə 110 min dəst forma tikiləcək.
Qeyd edək ki, İtaliya yığması 2012-ci il Avropa çempionatının üçüncü günündə Acarıstanda tikilmiş formada çıxış edib.
İtaliya futbolçuları üçün 200 min dəst forma tikilib.