...

İngiltərə və Fransa yığmaları Avro-2012-nin 1/4 finalına vəsiqə qazandılar

İdman Materials 20 İyun 2012 01:44 (UTC +04:00)
UEFA futbol üzrə Avropa çempionatının qrup mərhələsinin sonuncu görüşləri keçirilib.
İngiltərə və Fransa yığmaları Avro-2012-nin 1/4 finalına vəsiqə qazandılar

Azərbaycan, Bakı, 20 iyun /Trend/

UEFA futbol üzrə Avropa çempionatının qrup mərhələsinin sonuncu görüşləri keçirilib.

D qrupunda İngiltərə Ukrayna, paralel matçda isə İsveç Fransa millisi ilə qarşılaşıb.

İngilislər rəqiblərini Runinin 48-ci dəqiqədə vurduğu qolla minimal hesabla məğlub ediblər - 1:0.

Digər oyunda isə İsveç yığması Fransa üzərində 2:0 hesab ilə qələbə qazanıb. Qolları 54-cü dəqiqədə İbrahimoviç, 90-cı dəqiqədə isə Larsson vurub.

Beləliklə, 1/4 finalın son iştirakçıları İngiltərə və Fransa komandaları olub.

Xəbər lenti

Xəbər lenti