...

London Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarlığına namizədin adı açıqlanıb

İdman Materials 20 İyun 2012 11:33 (UTC +04:00)
Gənclər və idman naziri London Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarlığına namizədin adını açıqlayıb.
London Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarlığına namizədin adı açıqlanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Gənclər və idman naziri London Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarlığına namizədin adını açıqlayıb.

Trend-in məlumatına görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü jurnalistlərə bildirib ki, o, bayraqdar kimi Fərid Mansurovu görmək istəyir.

"İstərdim ki, Azərbaycan olimpiya komandasının bayraqdarı Fərid Mansurov olsun. O, bizim ən titullu idmançılarımızdan biridir. Ötən olimpiadada bayrağı o aparmışdı və bizim xeyli uğurlarımız olmuşdu", - nazir deyib.

Qeyd edək ki, 30-cü Olimpiya Oyunları London şəhərində keçiriləcək.

Azərbaycan güləşçisi Fərid Mansurov yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır, həmçinin yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi olub.

Xəbər lenti

Xəbər lenti