...

Azərbaycanın gənc hokkeyçiləri Avropa çempionatında mübarizə aparacaqlar

İdman Materials 16 İyul 2012 14:11 (UTC +04:00)
Sabah Portuqaliyanın Lissabon şəhərində 21 yaşınadək oğlanlar, 2 gün sonra isə qızlar arasında qitə birinciliyi start götürəcək.
Azərbaycanın gənc hokkeyçiləri Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Sabah Portuqaliyanın Lissabon şəhərində 21 yaşınadək oğlanlar, 2 gün sonra isə qızlar arasında qitə birinciliyi start götürəcək.

Trend Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, hər iki yarışda Azərbaycan komandaları da mübarizə aparacaq.

Şənbə günü Lissabona yollanan oğlan hokkeyçilərimiz sabah ilk turda Cəbəllütariq yığması ilə qarşılaşacaqlar. Baş məşqçi Saleh Hüseynov və məşqçi Fərid Şahbazovun rəhbərlik etdiyi seçmə komandamız iyulun 18-də portuqaliyalılarla görüşəcək. Ertəsi gün həmyerlilərimiz 5 rəqibdən 3-cüsü olan Türkiyə təmsilçilərini sınağa çəkəcəklər.

Cümə axşamı mübarizəyə qoşulan qızlardan ibarət seçmə kollektivimiz baş məşqçi Ceyhun Mirzəyevin rəhbərliyi altında ilk turda meydan sahibləri - Portuqaliya hokkeyçiləri ilə qarşılaşacaq. İyulun 20-də oğlanların yarışında istirahət günü olacaq. Həmin gün qızlardan ibarət komandamız II turda qardaş Türkiyə təmsilçilərinə gücünü göstərəcək. Şənbə günü oğlanlarımız Yunanıstan, qızlarımız isə İrlandiya yığması ilə qarşılaşacaq.

İyulun 22-də qitə birinciliyinə yekun vurulacaq. Son turda Saleh Hüseynovun yetirmələrinin Kipr hokkeyçiləri ilə oyundan sonra Avropa çepionatında tutacağı yeri müəyyənləşdirəcək.

Xatırladaq ki, oğlanların yarışında 6 iştirakçı dairəvi sistemlə mübarizə aparacaq və ilk yeri tutan komanda növbəti mövsümdən qitə çempionatının II divizionunda oynamaq hüququ qazanacaq. Qızların birinciliyində yarışan 4 iştirakçı da Pley-Off görüşlərindən (III - IV və I -II) sonra növbəti mövsümdən (2014-cü il) qitənin II divizionunda yarışacaq komandanın kimliyinə aydınlıq gətirəcək.

Xəbər lenti

Xəbər lenti