...

“Xəzər Lənkəran” “Lex”lə başa-baş oynadı

İdman Materials 19 İyul 2012 22:25 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Xəzər Lənkəran” Polşanın “Lex” komandası ilə qarşılaşdı.
“Xəzər Lənkəran” “Lex”lə başa-baş oynadı

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi "Xəzər Lənkəran" Polşanın "Lex" komandası ilə qarşılaşdı.

Trend-in məlumatına görə, Lənkəran şəhər Mərkəzi stadionunda keçirilən oyun minimal hesablı bərabərliklə başa çatdı.

Hesabı ilk olaraq meydan sahibləri açdı. Matç başlayandan cəmi üç dəqiqə sonra Branimir Subaşiç "Xəzər Lənkəran" azarkeşlərini sevindirdi. Lakin qonaqların cavabı özünü çox gözlətmədi. 18-ci dəqiqədə Matevzs Mozdren "Lex"in bərabərlik qolunu vurdu.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edirdi.

Cavab oyunu iyulun 26-da Polşanın Poznan şəhərində keçiriləcək.

Xatırladaq ki, "Xəzər Lənkəran" dörd il öncə də "Lex"lə qarşılaşmışdı. UEFA kuboku çərçivəsində keçirilən hər iki matçda Lənkəran təmsilçisi Polşa komandasına məğlub olmuşdu.

Xəbər lenti

Xəbər lenti