Azərbaycan, Bakı, 25 iyul /Trend/
Azərbaycanın futbol hakimlər briqadası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Hannover 96" (Almaniya) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) / "Sent Patriks" (İrlandiya) cütünün qalibi arasında avqustun 9-da keçiriləcək qarşılaşmanı Anar Salmanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Baş hakimin köməkçiləri Yaşar Abbasov, Mübariz Haşımov, dördüncü hakim isə Əliyar Ağayevdir.