...

Azərbaycanın London Olimpiadasında yeganə gimnastı finalı hədəfləyib (ƏLAVƏ OLUNUB)

İdman Materials 28 İyul 2012 17:10 (UTC +04:00)
London Yay Olimpiya Oyunlarında yeganə idman gimnastımız Şakir Şıxəliyev bu gün mübarizəyə qoşulub.
Azərbaycanın London Olimpiadasında yeganə gimnastı finalı hədəfləyib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

London Yay Olimpiya Oyunlarında yeganə idman gimnastımız Şakir Şıxəliyev bu gün mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, o, kişilər arasında təsnifat yarışında iştirak edib. Təmsilçimiz artıq təsnifat mərhələsindəki beş növdə çıxışını başa vurub.

Onun turnikdəki çıxışı 10,633, sərbəst çıxışı isə 14,600 xalla qiymətləndirilib. Şıxəliyev at təmrinində də çıxış edərək 12,866 xal qazanıb.

Ardından brusda 13,166, tramplindən tullanmada 15,433, brus qollarda isə 13,666 xal toplayan həmyerlimiz 6 növün cəmində 80,364 xal qazanıb.

Şixəliyev hələlik ümumi hesabda və finala çıxmağa namizəd olduğu sərbəst hərəkətlərin yekununda 11-ci yerdə qərarlaşıb. O, at təmrinində 18-ci, brusda 20-ci, tramplindən tullanmada isə 12-ci yerə layiq görülüb. Şakir brus qollarında 19-cu, turnikdə 24-cü yerdə gedir. Gimnastımız çoxnövçülükdə 11-ci pillədədir və finala çıxmaq şansları var.

Gimnastımız finala çıxmaq üçün ən yaxşı 24 nəticədən birini göstərməlidir.

Qeyd edək ki, hər ölkədən finala bir idmançı çıxır.

Xəbər lenti

Xəbər lenti