...

Azərbaycan çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib

İdman Materials 4 Avqust 2012 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M.Əliyev/

Çimərlik futbolu üzrə Avropa çempionatının Almaniyanın Berlin şəhərində təşkil olunmuş seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından şənbə günü Trend-ə verilən məlumata görə, millimizin rəqibi Almaniya yığması olub.

Qarşılaşma 3:2 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Azərbaycan yığmasının heyətində Elvin Quliyev və Comərd Baxşəliyev fərqlənib.

Xəbər lenti

Xəbər lenti