Azərbaycan, Bakı, 9 avqust /Trend/
XXX London Yay Olimpiya Oyunlarında kanoe sprint yarışlarında final mərhələsində Azərbaycanı təmsil edən Sergey Bezuqlıy - Maksim Prokopenko dueti finişə dördüncü çatdı.
Trend-in məlumatına görə, avarçəkənlərimiz iki nəfərlik qayıqla (C2) 1000 metr məsafəyə yarışda iştirak edirdilər.