...

XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar (FOTO)

İdman Materials 12 Sentyabr 2012 07:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E. Mehdiyev/

XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Trend-in məlumatına görə, idmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin nümayindələri, ictimaiyyət nümayindələri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, avqustun 29-da Londonda XIV Yay Paralimpiya Oyunlarına start verilib. Bu yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 nəfər təmsil edib. Onlardan 5-i qadındır. 2 idmançı ağırlıqqaldırma, 8-i atletika, 1-i üzgüçülük, 7-si cüdo, 1-i kaman, 2 nəfər isə atıcılıq yarışlarında mübarizə aparıb.

İdmaçılarımız Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti