...

AZAL "Qarabağ"a futbol dərsi keçdi

İdman Materials 16 Sentyabr 2012 20:22 (UTC +04:00)
AZAL "Qarabağa" futbol dərsi keçdi.
AZAL "Qarabağ"a futbol dərsi keçdi

Azərbaycan, Bakı, 16 sentyabr /Trend /

Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu.

Premyer Liqanın lideri "Qarabağ" klubu səfərdə AZAL-ın qonağı oldu. AZAL klubu "Qarabağ"a bazar günü keçirilən oyunda futbol dərsi keçdi.

Oyun 6:2 hesabı ilə AZAL klubunun xeyrinə bitdi.

Qollar: Bronislav Arsenjeviç, 15 (1:0), Junior Nildo, 20 (2:0), Zohair Benuahi, 43 (pen, 3:0), Junior Nildo, 48 (4:0), 60 (5:0), 74 (6:0), Riçard Almeyda, 82 (6:1), 86 (6:2).

Xəbər lenti

Xəbər lenti