...

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 9 medal qazandılar

İdman Materials 21 Sentyabr 2012 20:25 (UTC +04:00)
Sentyabrın 21-dən Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi start götürüb.
Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 9 medal qazandılar

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Sentyabrın 21-dən Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi start götürüb. Turnirin ilk günündə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz ümumilikdə 9 medal (1 qızıl, 3 gümüş və 5 bürünc) qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində Hacı Əliyev qazandırıb. O, finalda komanda yoldaşı Ağahüseyn Mustafayevi məğlub edib. Digər gümüş medalları 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə və 66 kq çəkidə Emin Əzizov əldə edib. Azər Paşayev (55 kq), Coşqun Əzimov (60 kq), Hacımurad Ömərov (66 kq), Aleksandr Qostiyev (74 kq) və Əli İsayev (120 kq) müvafiq olaraq bürünc medallara yiyələnib.

Beləliklə, Azərbaycan idmançıları sərbəst güləşçilərin yarışında 1 qızıl, 3 gümüş və 5 bürünc medal olmaqla, ümumilikdə 9 medal əldə ediblər.

Xəbər lenti

Xəbər lenti