...

UEFA "Neftçi"ni cərimələdi

İdman Materials 24 Sentyabr 2012 16:32 (UTC +04:00)
UEFA-nın İntizam Komitəsi 17.07.2012-ci il tarixində keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb.
UEFA "Neftçi"ni cərimələdi

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

UEFA-nın İntizam Komitəsi 17.07.2012-ci il tarixində keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb.

Trend paytaxt klubunun rəsmi saytına istinadən məlumat verir ki, qərara əsasən Bakı klubu cərimələnib. UEFA-nın "Neftçi" PFK-ya ünvanladığı məktubda buna səbəb "Neftçi" - "Zestafoni" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcə də fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib.

Bundan başqa, final fitindən dərhal sonra fotoqrafların meydançaya daxil olmasını da Avropanın ali futbol qurumu yolverilməz hal kimi qiymətləndirib. Nəticədə UEFA-nın İntizam Komitəsi müvafiq bəndləri əsas gətirərək, "Neftçi"ni 20 min avro məbləğində cərimələyib.

Xəbər lenti

Xəbər lenti