Millimizin təlim-məşq toplanışı olacaq

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya-Azərbaycan oyunu keçiriləcək.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu oyuna hazırlıq məqsədilə oktyabrın 5-dən 13-dək Bakı şəhərində millimizin təlim-məşq toplanışı təşkil olunacaq.
Qeyd edək ki, Rusiya-Azərbaycan matçı oktyabrın 16-da, Moskva şəhərindəki "Lujniki" stadionunda baş tutacaq.