...

Avropa çempionatından qayıtmış gənc cüdoçularla görüş keçirilib (FOTO)

İdman Materials 2 Oktyabr 2012 13:23 (UTC +04:00)
Oktyabrın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov sentyabr ayının 21-23-də Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında iştirak etmiş gənc cüdoçularımızla və onların məşqçiləri ilə görüşüb.
Avropa çempionatından qayıtmış gənc cüdoçularla görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Oktyabrın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov sentyabr ayının 21-23-də Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında iştirak etmiş gənc cüdoçularımızla və onların məşqçiləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan idmanının inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Fizuli Ələkbərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər idmanla bağlı dövlət siyasətinin formalaşması və güclənməsində misilsiz xidmətlər göstərib. Fərəhli haldır ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ölkədə idmanın maddi-texniki bazası gücləndirilir, bölgələrdə yeni olimpiya-idman kompleksləri yaradılır. İdmana göstərilən davamlı diqqət və qayğıya cavab olaraq Azərbaycan idmançıları, o cümlədən milli cüdo məktəbinin yetirmələri Avropa və dünya səviyyəli turnirlərdə ölkəmizə qələbələr qazandırırlar.
Qeyd edək ki, bir neçə çəki dərəcəsində idmançılarımız mövsüməqədərki turnirlərdə uğurla çıxış edərək, bir sıra Avropa kuboklarında mükafatlar qazanıblar.

Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında isə cüdoçumuz Əbdülhəqq Rəsullu Bolqarıstan təmsilçisi İvaylo İvanovu təsəlliverici görüşdə məğlubiyyətə uğradaraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. Azərbaycan milli komandası ilə yanaşı, 40 ölkənin yığmasının qüvvəsini sınadığı turnirdə millimiz 17-ci yeri tutub.

Görüşdə gənc cüdoçuların qeyd edilən Avropa birinciliyindəki çıxışları, habelə növbəti turnirlərə hazırlıq vəziyyəti müzakirə olunub. Həmçinin cüdo idman növünün kütləviliyinin artırılması, xüsusən bölgələrdə yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti