...

Rövnəq Abdullayev FIFA-nın vitse-prezidenti ilə Azərbaycanda futbolun inkişafını müzakirə edib (FOTO)

İdman Materials 8 Oktyabr 2012 17:21 (UTC +04:00)
AFFA-nın prezidenti Rövnəq Abdullayev bazar ertəsi Azərbaycanda səfərdə olan FIFA-nın vitse-prezidenti, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvü İssa Hayatou ilə görüşüb.
Rövnəq Abdullayev FIFA-nın vitse-prezidenti ilə Azərbaycanda futbolun inkişafını müzakirə edib (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

AFFA-nın prezidenti Rövnəq Abdullayev bazar ertəsi Azərbaycanda səfərdə olan FIFA-nın vitse-prezidenti, beynəlxalq futbol təşkilatının İcraiyyə Komitəsinin üzvü İssa Hayatou ilə görüşüb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-nin baş ofisində keçirilmiş görüşdə ölkəmizdə futbolun inkişafı, qadın futbolunun yüksək səviyyəyə çatdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012 ilə bağlı məsələlər müzakirə olunub, AFFA prezidenti respublikamızda bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib.

Hayatou səfərdə olduğu müddət ərzində qeyd olunan məsələlərlə yaxından maraqlandığını və həyata keçirilmiş tədbirlərdən, xüsusilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilatçılığından razı qaldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti