...

AFFA prezidenti “Atletiko” klubunun rəsmiləri ilə görüşüb (FOTO)

İdman Materials 12 Oktyabr 2012 11:27 (UTC +04:00)
AFFA-nın prezidenti Rövnəq Abdullayev “Bakı” Futbol Klubu ilə əməkdaşlıq şərtlərini müzakirə etmək üçün ölkəmizə gələn İspaniyanın “Atletiko” (Madrid) klubunun baş meneceri Migel Angel Gil Marinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
AFFA prezidenti “Atletiko” klubunun rəsmiləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Bakı" Futbol Klubu ilə əməkdaşlıq şərtlərini müzakirə etmək üçün ölkəmizə gələn İspaniyanın "Atletiko" (Madrid) klubunun baş meneceri Migel Angel Gil Marinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in AFFA-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı qonaqlara ölkəmizdə futbolun inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də bu istiqamətdə görülən digər işlər barədə ətraflı məlumat verilib. AFFA-nın prezidentinə "Atletiko" (Madrid) klubunun futbolkası təqdim edilib.

Qonaqlar "Bakı" Futbol Klubunun bazası ilə tanış olub.

Sonda Migel Angel Gil Marinin iştirakı ilə mətbuat konfransı keçirilib.

İspaniyalı qonağa "Bakı"nın xatirə hədiyyəsi təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti