...

FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi bağlanış və mükafatlandırma mərasimi (VIDEO)

İdman Materials 14 Oktyabr 2012 01:19 (UTC +04:00)
Bu gün Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatı yekunlaşıb.
FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi bağlanış və mükafatlandırma mərasimi (VIDEO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bu gün Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatı yekunlaşıb.

Trend-in məlumatına görə, çempionatın finalında Koreya XDR və Fransa milliləri qarşılaşıblar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda fransalı futbolçu qızlar koreyalılara qalib gələrək Dünya Kubokunun sahibi olublar.

Finaldan dərhal sonra FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi bağlanış mərasimi keçirilib. Möhtəşəm tərtibatı ilə seçilən bağlanış mərasimində dünya şöhrətli müğənni Şakira çıxış edib.

Qeyd edək ki, 17 yaşadək qadınlar arasında dünya çempionatı üçüncü dəfə keçirilib və 19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edib.

Çempionat sentyabrın 22-də başlamışdı. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır.

Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycan iştirak edib.

FIFA U-17 qadınlararası dünya çempionatı ilk dəfə 28 oktyabr-16 noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Sayca ikinci dünya çempionatı isə Trinidad və Tobaqoda keçirilib.
Azərbaycan ilk dəfə olaraq həm FIFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edib, həm də öz milli U-17 yığması ilə iştirakçı qismində çempionata qatılıb. Dünya çempionatının oyunları Bakı və Lənkəran şəhərlərində keçirilib.

Xəbər lenti

Xəbər lenti