...

Futbolçu qızlarımız yenə məğlub oldular

İdman Materials 1 Noyabr 2012 16:08 (UTC +04:00)
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün İsveç komandası ilə qarşılaşıb.
Futbolçu qızlarımız yenə məğlub oldular

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün İsveç komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, qarşılaşma 7:1 hesabı ilə İsveç yığmasının xeyrinə başa çatıb.

Yığmamızın heyətində Melis Sarıaltın fərqlənib.

Azərbaycan yığması ilkin seçmə mərhələdə son oyununu noyabrın 3-də, Bakı vaxtı ilə saat 18:00-da Xorvatiya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, komandamız ilk görüşündə Avstriya yığmasına 1:4 hesabı ilə məğlub olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti