...

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 5 medal qazanıblar

İdman Materials 6 Noyabr 2012 16:32 (UTC +04:00)
Türkiyədə müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirdə iştirak edən Azərbaycan taekvondoçuları 5 medala sahib olublar.
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 5 medal qazanıblar

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Türkiyədə müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirdə iştirak edən Azərbaycan taekvondoçuları 5 medala sahib olublar.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Neftçi" İdman Sağlamlıq Mərkəzinin taekvondoçüları 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat qazanıblar.

Məşqçi Etibar İbrahimovun yetirmələrindən Anar Aslanovla (39 kq) Təranə Məmmədova (49 kq) fəxri kürsünün ən yüksək pilləsinə, Vüsal Namazovla (68 kq) Nərminə Məmmədova (49 kq) isə ikinci yerə çıxıblar. Samir Novruzov (58 kq) üçüncü olub.

Qeyd edək ki, Ordu şəhərində "Oksigen" beynəlxalq turnirində yerli taekvondoçular və idmançılarımızdan əlavə, İranla Gürcüstandan gələn 160-dan artıq iştirakçı, 16 çəki dərəcəsində mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti