Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Oktyabrın 30-dan noyabrın 4-dək İtaliyanın Karrara şəhərində uşu və tayboks idman növləri üzrə dünya çempionatı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 70 ölkədən 2000-dək idmançının iştirak etdiyi çempionatda Azərbaycan 4 idmançı ilə təmsil olunub.
91 kq çəki dərəcəsində yarışan Araz Musayev 18-35 yaş kateqoriyasında tay fan yarışlarında bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.