...

Azərbaycan taekvondoçuları “A” kateqoriyalı turnirlərdə kişilər arasında ilk yüksək nəticəni qazanıblar

İdman Materials 12 Noyabr 2012 11:34 (UTC +04:00)
İsveçrənin açıq çempionatında iştirak edən Azərbaycan taekvondoçuları beynəlxalq turniri uğurla başa vurublar. Bu barədə Trend-ə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan taekvondoçuları “A” kateqoriyalı turnirlərdə kişilər arasında ilk yüksək nəticəni qazanıblar

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

İsveçrənin açıq çempionatında iştirak edən Azərbaycan taekvondoçuları beynəlxalq turniri uğurla başa vurublar. Bu barədə Trend-ə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Lozannada Olimpiya çəki dərəcələrində keçirilən mötəbər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançılarımız kişilər arasında ümumi komanda hesabında birinci nəticə göstəriblər.

Elvin Məmmədovla (- 80 kq) final görüşünün baş mükafatı Ramin Əzizova, digər gümüş medal Fariz Əliyevə (- 68 kq), 3-cü yer isə Günay Ağakişiyevaya (- 57 kq) nəsib olub.

Azərbaycan taekvondoçuları ilk dəfədir ki, "A" kateqoriyalı turnirlərdə kişilər arasında belə yükək nəticə göstərirlər.

Baş məşqçi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev və əməkdar məşqçi Gündüz Abdullayevin rəhbərlik etdiyi milli komandamız vətənə noyabrın 13-də dönəcək.

Xəbər lenti

Xəbər lenti